Bank Of Baku

Ağdaşda ağır yol qəzasında ölən 3 nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB-1

Ağdaşda ağır yol qəzasında ölən 3 nəfərin kimliyi məlum olub - FOTO   - YENİLƏNİB-1
# 17 mart 2024 05:07 (UTC +04:00)

Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Martın 16-da saat 22 radələrində 2 “Ford” və “Mercedes” markalı yük avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Hadisə nəticəsində 3 nəfər - Əliyev Rəşad Ədalət oğlu, Ağammədov Yasin Sədiyar oğlu və Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən ölüblər.

Araşdırma aparılır.

***

00:54

Ağdaşda ağır avtomobil qəzasında dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

APA-nın Şirvan bürosunun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Qəbələ rayon Uludaş kənd sakini Baləmmədov Yasin Sədiyyar oğlu, Əliyev Rəşad Ədalet oğlu və Qarayev Yaşar Maarif oğlu hadisə yerində dünyasını dəyişiblər.

Bundan başqa Qəbələ rayon sakini 1989-cu il təvəllüdlü Ağammədov Teymur Yarəmməd oğlu ağır bədən xəsarətləri alıb.

Ağdaş rayon Mərkəzi xəstəxanasına yerləşdirilən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax magistral yolunun Ağdaşdan keçən hissəsində bir yük və iki minivan avtomobili toqquşub.

Faktla bağlı araşdırma aparılır.

***

23:20

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaşdan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan 3 yük maşını toqquşub.

İlkin məlumata görə, 3 nəfər hadisə yerində ölüb, yaralıların olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR