Bank Of Baku

Ağstafada evakuatorla mikroavtobus toqquşub, beş nəfər xəsarət alıb - YENİLƏNİB

Ağstafada evakuatorla mikroavtobus toqquşub, beş nəfər xəsarət alıb - YENİLƏNİB
# 07 oktyabr 2023 08:27 (UTC +04:00)

Ağstafada evakuatorla mikroavtobusun toqquşması nəticəsində xəsarət alanların sayı artıb.

APA xəbərə verir ki, qəzada xəsarət alan daha üç nəfərin adı məlum olub.

Onların adı aşağıdakı kimidir:

Təranə Tomtiyeva (1988);

Şərifə Qasımova (1971);

Nərimin Məmmədova (2005).

***

Saat 08:12

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

Ağstafa-Qazax marşurutu hərəkət edən mikroavtobus evakuatorla toqquşub.

Qəza zamanı mikroavtobusun sənişinləri, 1981-ci il təvəllüdlü Afət Məmmədova və 1982-ci il təvəllüdlü Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Fakla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR