Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Soyuqbulaq-Köçvəlili yolunda qeydə alınıb. "Ford" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, qəzaya düşənlər fəhlələr olub.