Bank Of Baku

Ağstafada qanunsuz taxta sexi aşkarlanıb

Ağstafada qanunsuz taxta sexi aşkarlanıb
# 26 mart 2024 12:25 (UTC +04:00)

Ağstafada polis əməkdaşları digər dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə rayon ərazisində qanunsuz fəaliyyət göstərən taxta emalı sexi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, R.Aşurova məxsus sexə baxış zamanı oradan müxtəlif növ yaş halda kəsilmiş ağac gövdələri və emal olunmuş taxtalar aşkarlanıb. Faktla bağlı Ağstafa RPŞ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR