Bank Of Baku

Ağsuda maşın beton maneəyə çırpılıb, 58 yaşlı sürücü ölüb

Ağsuda maşın beton maneəyə çırpılıb, 58 yaşlı sürücü ölüb
# 20 mart 2024 19:51 (UTC +04:00)

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 14 radələrində Ağsu rayonunun Aratlı Curuğlu kəndi ərazisində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1966 - cı il təvəllüdlü İsgəndər Alıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq su kanalının beton maneəsinə çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR