Bank Of Baku

Aİ-nin 423 min avro qrantını mənimsəməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb

Aİ-nin 423 min avro qrantını mənimsəməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb
# 11 yanvar 2024 12:53 (UTC +04:00)

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və "Kənd inkişafına dəstək" ictimai birliyininə qarşı dələduzluqda təqsirləndirilən Ramin Məmmədovun cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi keçirilən iclasda zərərçəkmiş kimi tanınan "Kənd İnkişafına dəstək" ictimai birliyinin nümayəndəsi çıxış edərək təqsirləndirilən şəxsə qarşı heç bir iddialarının olmadığını bildirib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktında deyilir ki, təqsirləndirilən şəxs regionlarda kənd təsərrüfatının inkişafına dəstək üçün Avropa İttifaqının qrant layihəsinə müraciət edib və layihə çərçivəsində 423 min avro qrant alıb. Alınan məbləğlə Azərbaycanın 10 rayonunda kənd təsərrüfatının inkişafı üçün təlimlər keçirilməsi və başqa addımların atılması nəzərdə tutulub. Təqsirləndirilən şəxs ona verilən məbləğlə Bakı şəhərində müxtəlif şirkətlərlə ofis, avtomobil kiraləyələnməsi və bu cür məqsədlərlə yalançı müqavilələr bağlayıb.

Ramin Məmmədov "Kənd inkişafına dəstək" İctimai Birliyinin nüfuzuna xələl gətirməklə ona əmanət edilən vəsaitin 364 min manatını mənimsəməkdə ittiham edilir.

Növbəti məhkəmə prosesi fevralın 6-na təyin edilib.

Ramin Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) və 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR