Bank Of Baku

Anasını 192 bıçaq zərbəsi ilə öldürməyə görə tutulan yeniyetməyə hökm oxunub

Anasını 192 bıçaq zərbəsi ilə öldürməyə görə tutulan yeniyetməyə hökm oxunub
# 13 fevral 2024 11:25 (UTC +04:00)

Anasını qətlə yetirməkdə təqsirləndirilən Z.M.-un cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, əməlindən peşman olduğunu bildirib.

Daha sonra hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Z.M. 10 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı təqsirləndirilən Z.M.-un 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin fevral ayında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Z.M. anası, 1977-ci il təvəllüdlü Solmaz Mansurovanı qətlə yetirməsi ilə bağlı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən Z.M. anası Solmaz Mansurovanı 192 bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.

Z.M. hadisəni törədən zaman məktəbli olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR