Bank Of Baku

Arvadını uşaqlarının gözü önündə qətlə yetirən kişi məhkəmə qarşısına çıxarılır

Arvadını uşaqlarının gözü önündə qətlə yetirən kişi məhkəmə qarşısına çıxarılır
# 10 mart 2023 11:13 (UTC +04:00)

Şəmkir rayonu, Könüllü kənd sakini Aynurə Orucovanın ötən il dekabrın 7-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq başa çatıb.

Şəmkir Rayon Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ibtidai istintaqla Mahəddin Atakişiyevin aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mahəddin Atakişiyevə Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib.

İş baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, təqsirləndirilən və zərərçəkmiş həm də yaxın qohum olublar. Hadisə cütlüyün 3 azyaşlı övladının gözü qarşısında baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR