Astara Sərhəd gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.
APA-nın cənub bürosu xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Astara Sərhəd gömrük keçid məntəqəsindən 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının keçidi təmin olunub.
Gecə saatlarında isə 50 Çin vətəndaşının keçidi təmin edilib.