Astarada 2 ton ot bağlaması yanıb

Astarada  2 ton ot bağlaması yanıb
# 19 mart 2024 07:37 (UTC +04:00)

Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 2 ton ot bağlaması yanıb.

APA xəbər verir ki, bu baradə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR