Bank Of Baku

Astarada yük maşını 60 yaşlı qadını vuraraq öldürüb - FOTO

Astarada yük maşını 60 yaşlı qadını vuraraq öldürüb - FOTO
# 19 fevral 2024 11:32 (UTC +04:00)

Astarada 60 yaşlı qadını ağır tonajlı yük avtomobili vurub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədovun idarə etdiyi "DAF" markalı yük avtomobili 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR