Bank Of Baku

Axtarışda olan şəxs sürücülük hüququ olmadan saxta nişan düzəldərək maşın sürüb - FOTO

Axtarışda olan şəxs sürücülük hüququ olmadan saxta nişan düzəldərək maşın sürüb - FOTO
# 15 fevral 2024 11:36 (UTC +04:00)

Cinayət əməlində təqsirləndirilən şəxs sürücülük hüququ olmadan saxta nömrə nişanlı avtomobildən istifadə edib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, yol hərəkəti qaydalarını pozduğuna görə Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan “Jiquli” markalı avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Abşeron rayon sakini Vidadi Yusifov Cinayət Məcəlləsinin müvafiq maddəsilə axtarışda olmaqla yanaşı, sözügedən “VAZ 2107” markalı avtomobili saxta üsulla hazırladığı 90-FL-009 dövlət qeydiyyat nişanları ilə etibarnaməsiz idarə edib.

Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülməklə sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhfil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR