İşğaldan azad olunmuş ərazilərdə təmir-tikinti işləri aparılan zaman aşkar edilən meyit qalıqlarının sayı açıqlanıb.
APA xəbər ki, bunu bu gün Baş Prokurorluqla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi brifinqdə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri nəticəsində kütləvi məzarlıqlardan əlavə tək-tək - 2021-ci ildə 11, 2022-ci ildə 32, 2023-cü ildə 60, 2024-cü ildə 4 nəfər olmaqla, ümumilikdə 107 şəxsin meyit qalıqları aşkar edilərək götürürülüb.