Bank Of Baku

Azərbaycan başqa ölkələrdə silahlı birləşmələrə qoşulan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib

Azərbaycan başqa ölkələrdə silahlı birləşmələrə qoşulan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib
# 09 fevral 2024 18:39 (UTC +04:00)

Tacikistanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumat görə, başqa ölkələrin ərazisində silahlı birləşmələrdə qanunsuz olaraq iştirak etməkdə təqsirləndirilərək 2023-cü ildə beynəlxalq axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü Yusupov Mamur İkromoviçin verilməsinə dair Tacikistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Mamur Yusupov 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR