Azərbaycanda qəzalar və partlayışlarda həlak olanların sayı açıqlanıb

Azərbaycanda qəzalar və partlayışlarda həlak olanların sayı açıqlanıb
# 05 mart 2024 16:17 (UTC +04:00)

2023-cü ildə fövqəladə və bədbəxt halların aradan qaldırılması zamanı 1.5 min nəfər zərərçəkmiş xilas edilib.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd edilib ki, 97 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb.

Hesabat dövründə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 183 dəfə nəqliyyat və digər qəzalar çıxışlar olub. 306 nəfər deformasiya olunmuş nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb. Həlak olmuş 66 nəfərin cəsədi avtomobillərdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin, 20 partlayış hadisəsi ilə əlaqədar çıxışlar olub. Dağıntılar altında qalaraq xəsarət almış 23 nəfər və həlak olan 5 nəfərin meyiti hadisə yerindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR