Bank Of Baku

Bakı Ağır Cinayətlər Məhkəməsinə 5 yeni hakim təyin olunub

Bakı Ağır Cinayətlər Məhkəməsinə 5 yeni hakim təyin olunub
# 11 oktyabr 2023 15:07 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər təyin olunub.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunub.

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncama əsasən, Aytən Heydər qızı Əliyeva (Bakı Kommersiya Məhkəməsinin hakimi), Kamran Nüsrət oğlu Muxtarov (Gəncə Hərbi Məhkəməsinin hakimi), Elnur Aləm oğlu Nuriyev (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi), Anar Böyükkişi oğlu Sadıqov (Xaçmaz Rayon Məhkəməsinin hakimi), Azər Heydər oğlu Tağıyev (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi) vəzifələrindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR