Yasamal rayonu, Kənar dairəvi yolun 5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
APA Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza səbəbindən Lökbatan dairəsi istiqamətində sıxlıq yaranıb. NİİM əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.