Bank Of Baku

Bakı-Qazax yolunda 10-dan çox nəqliyyat vasitəsi toqquşub - YENİLƏNİB

Bakı-Qazax yolunda 10-dan çox nəqliyyat vasitəsi toqquşub - YENİLƏNİB
# 15 yanvar 2024 09:30 (UTC +04:00)

Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 71-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, 7 avtomobilin iştirakı ilə baş verən qəzada avtomobillərə ziyan dəyib.

İlkin olaraq "Mercedes" markalı avtomobil körpü üzərində maneəyə dəyib.

Ondan sonra gələn avtomobillər bir-biri ilə toqquşub.

***

08:18

Bakı-Qazax yolunda zəncirvarı qəza baş verib.

APA xəbər verir ki, hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində baş verib.

10-dan çox avtomobil toqquşub.

Nəqliyyat vasitələri arasında bir avtobus, iki yük maşını, üç mikroavtobus və bir neçə minik maşını var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR