Bakı-Quba yolunda qəza baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunun 21-ci kilometrliyində Mənsiyev Pərvin Canpolad oğlunun idarə etdiyi “Mercedes” markalı, 90 DU 996 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Sürücü yüngül xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib.
Araşdırma aparılır.
Əli Əliyev