Bakı-Quba yolunda iki yük maşını toqquşub.
APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun 60-cı kilometrliyində, Xızı rayonu ərazisində baş verib.
Nəticədə “KamAZ” markalı maşın aşıb. Yük maşınının sürücüsü, 1970-ci il təvəllüdlü Qurbanov Rövşən Ənvər oğlu xəsarət alıb.
Fakt araşdırılır.