Bank Of Baku

Bakı-Sumqayıt şossesində mikroavtobusun iştirakı ilə zəncirvari yol qəzası baş verib, xəsarət alan var - FOTO

Bakı-Sumqayıt şossesində mikroavtobusun iştirakı ilə zəncirvari yol qəzası baş verib, xəsarət alan var - FOTO
# 25 fevral 2023 04:13 (UTC +04:00)

Abşeron rayonu ərazisində 4 avtomobil qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə DYP-nin Ekologiya postunun qarşısında qeydə alınıb.

Belə ki, “KIA” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirərək avtomobilini eyni istiqamətdə olan “Nissan” markalı maşına çırpıb. Zərbənin gücündən “Nissan” yolun əks istiqamətinə çevrilib.

Həmin yoldan gələn “Mercedes” markalı minik maşının sürücüsü sükana nəzarəti itirərək maşınını “Nissan”a çırpıb. Daha sonra digər “Mercedes Vito” markalı mikroavtobus eyni markalı minik maşınına çırpılıb. Qəza nəticəsində mikroavtobusun sərnişini xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR