Bakıda 10 min manatlıq oğurluğa görə axtarılan şəxs saxlanılıb

Bakıda 10 min manatlıq oğurluğa görə axtarılan şəxs saxlanılıb
# 19 mart 2024 10:53 (UTC +04:00)

Bakıda oğurluğa görə axtarılan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan Ruslan Mahmudlu saxlanılıb.

Araşdırmalarla onun Sahil qəsəbəsi ərazisində içərisində 2000 manat qiyməti olan təmir alətləri ilə birlikdə 8000 manat dəyərində konteyner oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR