Bakıda 28 yaşlı oğlan 6 evdən oğurluğa görə saxlanılıb

Bakıda 28 yaşlı oğlan 6 evdən oğurluğa görə saxlanılıb
# 29 fevral 2024 16:50 (UTC +04:00)

Bakıda 6 evdən oğurluq edən şəxs tutulub.

DİN-dən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR