Bank Of Baku

Bakıda ağır qəza: 1 nəfər ölüb, 6-sı yaralanıb - FOTO - VİDEO - ADLAR - YENİLƏNİB-1

Bakıda ağır qəza: 1 nəfər ölüb, 6-sı yaralanıb - FOTO  - VİDEO  - ADLAR  - YENİLƏNİB-1
# 25 fevral 2023 00:37 (UTC +04:00)

Bakıda baş verən ağır qəzada 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA xəbər verir ki, xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Həmin şəxslərin adları aşağıdakı kimidir:

Əliyev Mürsəl İsmayıl oğlu (2002);

Aslanov Qismət Eyyub oğlu (1956);

Atakişiyev Nəsib Nəsib oğlu (1981);

Məmmədova Ofeliya İsmayıl qızı (2002);

Əlizadə Nicat Ramil oğlu (2001);

Əliyev Orxan İqbal oğlu.

Qəza nəticəsində ölən şəxs isə Yusifli Yusifdir.

***

24.02.2023

Saat 22:36

Bugun saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib

APA xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 22:23

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı maşının sürücüsü sükana nəzarəti itirirərək əks yola çıxıb.

O, əvvəlcə “Lada Granta” markalı daha sonra “Mercedes” markalı maşına çırpılıb.

Qəza nəticəsində iki nəfərin öldüyü üç nəfərin xəsarət aldığı bildirilir.

Hazırda Ziya Bünyadov prospektində tıxac yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR