Bank Of Baku

Bakıda anbar yanıb

Bakıda anbar yanıb
# 18 mart 2024 08:45 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda anbar kimi istifadə olunan obyektdə yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir dam altında tikilən ümumi sahəsi 1440 m² olan 18 ədəd anbar kimi istifadə olunan obyektlərdən 3 ədədinin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və içərisinə yığılan əşyalar qismən yanıb.

"Bitişik obyektlər yanğından mühəfizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR