22.02.2024-cü il tarixdə saat 19:19 radələrində İzmir küçəsində baş verən yanğın səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Hadisə ilə bağlı xəsarət halı və təcili yardım briqadasına müraciət qeydə alınmayıb.