Bakıda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib - FOTO - YENİLƏNİB

Bakıda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib - FOTO  - YENİLƏNİB
# 26 fevral 2024 08:34 (UTC +04:00)

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxində 5 p.m mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yüksək temperaturdan eyvanda 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 00:30

Bakının Binəqədi rayonunda yanğın olub.

APA xəbər verir ki, hadisə Mir Cəlal küçəsindəki beşmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və bir neçə canlı qüvvəsi cəlb olunub.

Beşinci mərtəbədəki mənzildə başlayan yanğın qısa müddətdə söndürülüb.

Ev sahibi Adəm Daşdəmirovun sözlərinə görə, hadisə vaxtı mənzildə heç kim olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR