Bank Of Baku

Bakıda bir nəfərin 25 min manatı oğurlanıb

Bakıda bir nəfərin 25 min manatı oğurlanıb
# 26 yanvar 2024 12:02 (UTC +04:00)

Bakıda külli miqdarda pul oğurlanıb.

DİN-dən APA-ya verilən məlumata görə, yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR