Bank Of Baku

Bakıda fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB

Bakıda fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB
# 08 mart 2023 12:17 (UTC +04:00)

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya FHN-dən xəbər verilib.

Əlavə məlumat veriləcək.

***

saat 12.06

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR