Bank Of Baku

Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb
# 08 aprel 2026 12:04 (UTC +04:00)

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

DİN-dən APA-ya verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR