Bakıda itkin düşən ana və dörd uşağı tapılıb.
APA xəbər verir ki, oktyabrın 10-da itkin düşmüş 1991-ci il təvəllüdlü Salamzadə Qızxanım Firudin qızı və övladları 2010-cu il təvəllüdlü Salamzadə Səadət Ağazaman qızı, 2008-ci il təvəllüdlü Salamzadə Aynişan Ağazaman qızı, 2006-cı il təvəllüdlü Salamzadə Aysun Ağazaman qızı və 2004-cü il təvəllüdlü Salamzadə Əbil Ağazaman oğlu tapılaraq ailə üzvlərinə təhvil veriliblər.
Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırma aparılır.
***
11.10.2023
Saat 09:30
Bakıda ana və 4 uşağı itkin düşüb.
APA xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan A.Salamzadə 14-cü Polis şöbəsinə müraciət edib.
A.Salamzadə bildirib ki, onunla eyni evdə yaşayan, arvadı - 1991-ci il təvəllüdlü Q.Salamzadə, övladları - 2004-cü il təvəllüdlü Ə.Salamzadə, 2006-cı il təvəllüdlü A.Salamzadə, 2008-ci il təvəllüdlü A.Salamzadə və 2010-cu il təvəllüdlü S.Salamzadə oktyabrın 4-də yaşadıqları ünvanda çıxıblar və geri qayıtmayaraq itkin düşüblər.
Araşdırma aparılır.