Bank Of Baku

Bakıda maşında 11 kq narkotik aşkarlanıb, keçmiş məhkum tutulub

Bakıda maşında 11 kq narkotik aşkarlanıb, keçmiş məhkum tutulub
# 02 fevral 2024 10:47 (UTC +04:00)

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Masallı rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan Məmmədov saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, ondan 50 ədəd metadon həbi götürülüb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı isə oradan ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin 2 kiloqram 538 qramı heroin, 1 kiloqram 517 qramı metamfetamin, 7 kiloqramdan artığı isə marixuana olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR