Bank Of Baku

Bakıda məişət tullantıları yığılmış tikilidə yanğın olub - VİDEO

Bakıda məişət tullantıları yığılmış tikilidə yanğın olub - VİDEO
# 12 yanvar 2024 22:27 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsində taxta və məişət tullantıları yığılmış tikilidə yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 30 kvadratmetr sahədə taxta və məişət tullantıları yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR