Bank Of Baku

Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb, xidmətçi saxlanılıb

Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb, xidmətçi saxlanılıb
# 29 aprel 2024 10:43 (UTC +04:00)

Nizami rayonu ərazisində mənzillərin birindən 60 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

APA DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR