Bank Of Baku

Bakıda ödəmə terminalından 7 min manat oğurlanıb

Bakıda ödəmə terminalından 7 min manat oğurlanıb
# 18 yanvar 2024 08:03 (UTC +04:00)

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında quraşdırılan ödəmə terminalından 6999 manat oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon sakini 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar.

Faktla bağlı Xəzər RPİ-də Cinayət İşi başlanılıb istintaq tədbirləri davam etdirilir. A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR