Bank Of Baku

Bakıda otelin tüstü bacasındakı yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Bakıda otelin tüstü bacasındakı yanğın söndürülüb - VİDEO  - YENİLƏNİB
# 05 yanvar 2024 17:38 (UTC +04:00)

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən üçmərtəbəli otelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

FHN-dən APA-ya verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Obyekt yanğından mühafizə olunub.

***

17:19

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən üçmərtəbəli otelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

İlkin məlumata əsasən, tüstü bacasında yağ qalıqları yanıb. Yanğının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR