Bank Of Baku

Bakıda özünü 11-ci mərtəbədən atan kişi xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Bakıda özünü 11-ci mərtəbədən atan kişi xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
# 30 yanvar 2024 12:42 (UTC +04:00)

29.01.2024-cü il tarixində saat 13:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bədəndə çoxsaylı sınıqlar, kəllə-beyin travması, daxili qanaxma və s. ağır diaqnozlar qoyulan yaralı dərhal Mərkəzin Cərrahi reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda süni tənəffüs aparatına qoşulan şəxsin vəziyyəti kəskin ağır qiymətləndirilir.

***

08:56

Bakıda 31 yaşlı kişi özünü 11-ci mərtəbədən atıb.

APA xəbər verir ki, hadisə Xətai rayon ərazisində yerləşən 19 mərtəbəli binada qeydə alınıb.

1993-cü il təvəllüdlü Nurlan Cəfərzadə özünü 11-ci mərtəbədən ataraq intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Aləmdə Nəsib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR