Bank Of Baku

Bakıda qaçırılan avtomobillə qəza törədilib

Bakıda qaçırılan avtomobillə qəza törədilib
# 08 fevral 2024 10:19 (UTC +04:00)

Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” markalı avtomobilə vurulması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd Əliyev saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR