Bakıda gözəllik salonundan oğurluq edilib.
DİN-dən APA-ya verilən məlumata görə, Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində orada işləyən qadının içərisində 1300 manatı və bank kartları olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.