Bakıda "Toyota Prius" piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki, 1996-cı il təvəllüdlü Qasımov Ramiz Elşad oğlu etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Zabrat-Maştağa yolu ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən Zabrat dairəsi yaxınlığında yolu piyada keçən 1966-cı il təvəllüdlü Abbasova Zeynəb Qəşəm qızını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.