Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 29 fevral 2024 15:26 (UTC +04:00)

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında taxta konstruksiyalardan ibarət arakəsmə divar 8 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR