Bank Of Baku

Bakının mərkəzində yanğın baş verib - VİDEO

Bakının mərkəzində yanğın baş verib - VİDEO
# 26 yanvar 2024 12:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50m² olan ikiotaqlı mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mətbəxdə olan 1 ədəd qabyuyan, 1 ədəd paltaryuyan maşın və qaz sobası yanıb. Mənzil yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR