Nəsimi rayonu, Rəşid Behbudov və Şamil Əzizbəyov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qəza səbəbindən Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində sıxlıq yaranıb.
NİİM əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.