Baş Prokurorluq: Ağdam sakini Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsinə dair təfərrüatlar araşdırılır - YENİLƏNİB

Baş Prokurorluq: Ağdam sakini Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsinə dair təfərrüatlar araşdırılır - YENİLƏNİB
# 22 fevral 2024 16:42 (UTC +04:00)

Ağdam sakini Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsinə dair təfərrüatlar araşdırılır.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bildirilib ki, Ağdam rayon sakini 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsi faktına dair bütün təfərrüatlar hərtərəfli araşdırılır.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanmaqla istintaq aparılır.

Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edir.

***

13.46

Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.

Meyiti axtarılan şəxsin qəsəbə sakini, 1996-cı təvəllüdlü Nəcəfova Nərgiz Şikar qızı olduğu bildirilir.

Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib. Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb.

***

13.10

Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, axtarılan şəxsin qəsəbə sakini, 1996-cı təvəllüdlü Nəcəfova Nərgiz Şikar qızı olduğu bildirilir. Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılır.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR