Bank Of Baku

Bayram günlərində polis gücləndirilmiş rejimdə xidmət edəcək

Bayram günlərində polis gücləndirilmiş rejimdə xidmət edəcək
# 27 dekabr 2023 12:40 (UTC +04:00)

Bayram günlərində daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş rejimdə xidmət edəcək.

APA xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində deyib.

Nazir şəxsi heyətə əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsinin, naryad qruplarının fəaliyyətinin fasiləsizliyi, əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılmasının, hərəkətin intensiv olacağı küçə və prospektlərdə, magistral yollarda xidmətin nümunəvi təşkilinin vacibliyini diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR