Bank Of Baku

Bayram günlərində yol qəzalarında 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Bayram günlərində yol qəzalarında 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb
# 09 yanvar 2024 11:23 (UTC +04:00)

Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6 tarixləri aralığında respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, nəticədə 8 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, DİN-nin BDYPİ tərəfindən dəfərlərlə media subyektlərində, eləcə də sosial şəbəkələr üzərindən əhaliyə edilən müraciətlərə baxmayaraq, hələ də sürücülər tərəfindən yol hərəkəti qaydaları pozulur: "Bunun nəticəsində də arzuolunmaz hadisələr baş verir. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində ilk sırada sürət həddinin aşılması dayanır. Bundan başqa sürücülərin manevretmə qaydalarını kobud şəkildə pozması, əks yola çıxma, nəqliyyat vasitəsinin nasaz halda idarəeilməsi də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bir daha sürücülərdən yol hərəkəti qaydalarının tələblərinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR