Bərdədə 77 yaşlı piyadanı avtomobil vuraraq öldürüb - FOTO

Bərdədə 77 yaşlı piyadanı avtomobil vuraraq öldürüb - FOTO
# 03 mart 2024 12:32 (UTC +04:00)

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın yerli müxbiri xəbər verirki hadisə Bərdə Ağdam avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi 99-CC-602 dövlət qeydiyyat nişanlı "Ford" markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Kərimov Əzizi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR