Bərdədə 85 yaşlı kişini avtomobil vuraraq öldürüb.
APA xəbər verir ki, Böyük Göyüşlü kəndi ərazisində Habil Salahov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə piyada - 1938-ci il təvəllüdlü Əli Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.