Bank Of Baku

Bərdədə ev yanıb, azyaşlı ölüb - FOTO

Bərdədə ev yanıb, azyaşlı ölüb - FOTO
# 01 aprel 2024 12:37 (UTC +04:00)

Bərdədə fərdi yaşayış evində yanğın olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

2019-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə rayon xəstəxanasında dünyasını dəyişib.

Tüstüdən zəhərləndiyi bildirilən 1975-ci il təvəllüdlü İlyasova Zümrüd Xasay qızının müalicəsi Bərdə rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib ki, Bərdə rayonunun Qaradağlı kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli 7 otaqlı evin dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 36 m² sahədə yanıb. Yanğın zamanı biri azyaşlı olmaqla 2 nəfər (onlardan biri tüstüdən zəhərlənmiş halda) yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR