Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
# 05 mart 2024 08:17 (UTC +04:00)

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü barəsində inzibati qaydada tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Namiq Hüseynov saxlanılıb.

Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.

Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR